ŞOK İDDİA: “Şamil Basayev vəhhabi idi” - VİDEO
Bizi izləyin

Dünya

ŞOK İDDİA: “Şamil Basayev vəhhabi idi” - VİDEO

“İmarət Qafqaz” əvvəldən anti-çeçen layihəsi olub və bundan sonra da belə qalacaq.

Axar.az xəbər verir ki, bu açıqlama ilə mühacirətdə yaşayan çeçen liderlərindən biri Əhməd Zakayev çıxış edib.

O, Doku Umarov və Ramzan Kadırovun çeçenlərin müstəqilliyinin əsas düşmənləri olduğunu bildirib:

“Hələ müharibədən öncə çeçenlər əsas iki dini qrupa bölünürdülər. Bunlardan birinci vəhhabi ideologiyası idi ki, ona da Basayev və Uduqov rəhbərlik edirdi. İkinci isə ata Kadırovun rəhbərliyi altında olan ənənəvi islamın tərəfdarları idi. Vəhhabilərin arxasında Rusiya və rus xüsusi xidmət orqanları dayanırdı. Aslan Mashadov vəhhabi ideologiyasını ölkə ərazisində qadağan edən kimi Kremldə iclas keçirildi və bu ideologiyanın Rusiya üçün heç bir təhlükə kəsb etmədiyi söylənildi. Biz vəhhabilərin aktiv təbliğatına qarşı mübarizəyə başlayan kimi Rusiya Baş naziri Sergey Stepaşin Karamaxi və Çabanmaxiyə gələrək onlara hədiyyə payladı. Bunun arxasında Səudiyyə Ərəbistanı dayanmırdı. Mən sizi buna əmin edirəm”.

Xatırladaq ki, Zakayevin irəli sürdüyü iddialar Şamil Basayevin mövqeyi ilə ziddiyət təşkil edir.

Axar.az Şamil Basayevin vəhhabizmə qarşı Şimali Qafqazın dini liderləri qarşısında etdiyi çıxışı təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm