İdman
Azərbaycanlı milyarder “Qalatasaray”la müqavilə imzaladı
"Qalatasaray" klubu "LUKoil" şirkəti ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.
Publika.az klubun rəsmi saytına istinadən xəbər
verir ki, əldə olunan razılığa əsasən, "Qalatasaray" azarkeşləri
"LUKoil" yanacaqdoldurma məntəqələrindən güzəştli qiymətə yanacaq
alacaqlar. Bu endirimlərdən yararlanmaq istəyən sürücülər
"GSLUKoilcard"dan istifadə etməlidilər.
Türkiyədə 400-dən çox YDM-də istifadə edilə bilən kart
"Qalatasaray" azarkeşi olan sürücülərə münasib qiymətə benzin
almağa imkan verir. "Qalatasaray" klubunun idarə heyətinin üzvü Əli
Dürüst "LUKoil"lə 5 illik müqavilə imzaladıqlarını bildirərək
sözlərinə belə davam edib:
"Bu əməkdaşlıq "Qalatasaray"ın marka dəyərini yüksəldəcək.
Gördüyümüz işdən ümumi olaraq 10 milyon lirə gəlir əldə etməyi
planlaşdırırıq".
"LUKoil" şirkətinin Türkiyə təmsilçisi Aleksander Terletskiy
"LUKoil"in dünyanın ən böyük 10 enerji firması arasında yer
aldığını deyərək, "Qalatasaray"la anlaşmadan həm özlərinin, həm
"sarı-qırmızılı" klubun, həm də tərəfdarların xeyir qazanacağını
sözlərinə əlavə edib. Rusiyanın "LUKoil” şirkətinin prezidenti
azərbaycanlı milyarder Vahid Ələkbərovdu. Şirkət bu ilin 9 ayı
ərzində 5,7 milyard dollar təmiz gəlir əldə edib. "LUKoil” bir
gündə 2,3 milyon barrel neft hasil edir.
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ