Bakıda 14 yaşlı məktəblinin intiharının TƏFƏRRÜATI
Bizi izləyin

Qırmızı.az

Bakıda 14 yaşlı məktəblinin intiharının TƏFƏRRÜATI

Paytaxtda intihar hadisəsi qeydə alınıb. Publika.az-a Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, dünən Pirallahı rayonu, Gürgən qəsəbə sakini, 2000-ci il təvüllüdlü Nicat Əlibala oğlu Rzayev özünü yaşadığı evdə asıb.

Hadisədən dərhal sonra Pirallahı rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gediblər. Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb: «Hələlik intiharın səbəbləri bəlli deyil. Bununla bağlı müvafiq araşdırmalar aparılır».

Qeyd edək ki, intihar etmiş yeniyetmə Pirallahı rayonunda yerləşən 231 saylı orta məktəbdə 8-ci sinifdə təhsil alırdı. Baş vermiş olayla bağlı Publika.az-a danışan məktəbin direktoru Mehparə Mansurova mərhumun sakit, tərbiyəli şagird olduğunu bildirdi: «O, kifayət qədər qabiliyyətli şagird olub. Düzdür, o qədər də savadlı olmasa da, mümkün qədər yaxşı oxumağa çalışırdı. Hadisə baş verən kimi biz Nicatın yaşadığı evə yollandıq. Onun atası Lənkəran rayonunda qalır. Özləri əslən lənkəranlıdırlar. Lakin Nicatın anası və qardaşı Pirallahı rayonu, Gürgən qəsəbəsində yaşayır».

Nicat Rzayevin idmanla məşğul olduğunu, fiziki cəhətdən hazırlıqlı olduğunu qeyd edən direktorun sözlərinə görə, hadisə baş verdiyi gün mərhum qardaşı ilə mübahisə edib: «Nicatgildə öyrəndim ki, dünən o, evdə qardaşı ilə mübahisə edib. Onun qardaşı Nicatdan yaşca kiçikdir. Anası onları sakitləşdirməyə çalışsa da, onlar buna əhəmiyyət verməyiblər. Sonra da Nicat özünə qəsd edib. İstənilən halda intiharın dəqiq səbəblərini hüquq-mühafizə orqanları araşdırma apardıqdan sonra müəyyən edə bilərlər».

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm