İlin ən seksual qadını seçildi – FOTOLAR
Bizi izləyin

Tabloid.az

İlin ən seksual qadını seçildi – FOTOLAR

“People” jurnalı 2014-cü ilin ən məşhur ulduzlarının siyahısını tərtib edib. Beləliklə, bu ilin ən seksual qadını “Victoria’s Secret” brendinin çimərlik geyim və alt paltarlarının siması Keyt Apton seçilib. Qeyd edək ki, Keyt Apton iri bədən ölçüləri olan modeldir.

Top-modellə yanaşı, “Victoria’s Secret”-n digər üzvü olan Karli Kloss da ən seksual qadın adına layiq görülüb. Bu ilin “dəb ikonası” Qven Stefani, “rol almış model” aktrisa Keyt Hadson, “ilin ən universal adamı” müğənni Cennifer Lopez olub.

Mətbuat həmçinin televiziya və kino industriyasının nümayəndələrini də qiymətləndirib. Ən yaxşı qadın roluna görə Cennifer Eniston (“Tort” filmi) mükafat alıb. Bu ilin ən yaxşı kişi aktyoru isə Maykl Kiton hesab olunub.

Teleseriallarda göstərdiyi fəaliyyətə görə isə Liza Kudrou (“Dostlar”, “Qayıdış”) mükafat alıb. İlin komediya ustası Kevin Hart seçilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm