Nida.az
“Onlar haqda “cihada gedib” deyirlər” - Suriyaya gedənlərin yeni SİYAHISI - MÜSAHİBƏ
Xudat sələfilərinin lideri Nadir Xosrovoğlu Publika.az-a müsahibəsində bölgədə dini ekstremizmin yayılması, xəvvaricilərin fəaliyyəti və Suriya “cihadı”nın təbliğ edilməsindən danışıb.
- Bu bölgədə xəvvariclər daha çox yayılıb. Onlar ölkə üçün
nə qədər təhlükəlidir?
- Ümumiyyətlə, xəvvaricilərin etiqadı var. Onlar Peyğəmbərin
(s.ə.s) zamanından bu yoldadırlar. Bu təriqətin banisi
Peyğəmbərimizə (s.ə.s) qənimət bölümündə “ey Məhəmməd, bölgüdə adil
ol” deyib. Hansı ki, peyğəmbərimiz yer üzündə ən adil insan idi.
Peyğəmbərimiz ona “əgər mən adil olmasam, kim adil olacaq” cavabını
verib. Onlar dünya malına görə peyğəmbərə tənə edib. Xəvvaricilər
dünya malına həris olublar. Hətta 2000-ci illərdəki sakit dövrlərdə
müsəlman xəstələrə yardım etmək üçün pul toplayanda, onlar bir
manat da pul vermirdilər. İşləri-gücləri onun-bunun malını-mülkini
saymaq olub. Filan nazirin bu qədər pulu var, filan məmur özünə
villa tikdirir. Onların əqidəsində ən birinci hakimiyyətdir. Bizi
və camaatı kafir görmələri boş şeylərdir. Bu əsaslar deyil.
Bunların hamısı əsasa aparan yollardır. Onlar təkcə Azərbaycan üçün
yox, olduqları hər yer üçün təhlükədirlər.
- Onların cihad edərək islam dövləti qurmaq istəkləri
var?
- İslam dini sülh dinidir. Cihad İslamda ibadət növüdür, lakin
məqsədə çatmaq üçün yol deyil. Hazırda biz sülh və əmin-amanlıq
ölkəsində yaşayırıq. Torpaqlarımıza hər-hansı kənar qüvvələr,
məsələn, ermənilər hücum etsələr, biz dayanıb baxmayacağıq. Belə
zamanlarda cihad çıxış yoludur. Cihadın uyğun zamanı, məkanı,
məramı var. Yoxsa bu gün Suriyada əlinə avtomat düşən “cihad” edir.
“Millət ora getməlidir” yanaşması yanlışdır. Peyğəmbərimizin
dövründə cihada başlamamışdan öncə şərtlər var idi: əvvəlcə
katiblərdən biri bəyan edirdi ki, uşaqlara, qocalara, qadınlara
toxunmaq olmaz. Hətta ağacları kəsmək belə qadağandır. Yalnız
sizinlə vuruşanlarla döyüşəcəksiniz. Cihadın qaydası budur.
Bu gün Suriyada evlər, binalar dağılır, ağaclar kəsilir, qadınlar, qocalar, uşaqlar öldürülür. Belə cihad ola bilməz. Kimsə fitnəni qızışdırmaq üçün fətva verə bilər. Amma şəriətin dediyi cihadla bu cihad arasında böyük fərq var. Hesab edirəm ki, xəvvaricilər ölkədə ciddi nəsə edə bilməzlər. Lakin onları nəzarətsiz də qoymaq olmaz. Vaxtilə Mürşüdoba məscidi onların anormal təbliğatlarına görə bağlandı.
- Onların başında duran kim idi?
- Ramin adında imamları var idi. Soyadını unutmuşam. Ona namaz
qılmağı biz öyrətmişdik. Birdən-birə hara getdi, Quba uşaqlarına
qoşuldu, nə etdisə, dəyişdi. Eşitdik ki, qəribə şeylər danışır.
Getdik, nəsihət verdik, öyrətmək üçün adam apardıq, xeyri olmadı.
Ona dedim ki, bu gün namaz qılmayan camaatı kafir gözündə
görürsənsə, vaxt gələcək ananı, atanı da kafir hesab edəcəksən.
Bunun mümkünsüz olduğunu dedi. Amma vaxt gəldi və bu baş verdi.
- Həmin adam indi hardadır?
- Elə kənddədir.
- Maraqlıdır, nə üçün Suriyaya getmək
istəməyib?
- Əslində elə adamlar getmirlər.
- Bəs kimlər gedirlər?
- Elmi olmayan cahil adamlar. Onlara şəhidliyin yüksək zirvə olduğu
təbliğ olunur. Əslində şəhidlik şüar olaraq yaxşıdır. Amma onun da
yeri var. Dəstəmazı doğru almazsansa, namazın batil olar. Şəhid
olmağın da forması var. Yoxsa, harda, necə gəldi şəhid olmaq üçün
vuruşmaq olmaz. Bu xəstə adamlar camaatı aldadırlar ki, Suriyaya
gedib şəhid olacaqsan və tezliklə cənnətə gedəcəksən. Amma bunu
təbliğ edənlərə sual vermirlər ki, sən özün niyə getmirsən?
- Bu zonadan təxmini nə qədər adam Suriyaya
gedib?
- Biz ancaq gedəndən sonra xəbər tutmuşuq. Bəzi adamların Suriyada
olduğu, hətta öldüyü də deyilir. Burada ümumiyyətlə kimisə bir
müddət görməyəndə “Cihada gedib” deyirlər. Misal üçün, Vaqif
Talıbov var idi. O, təxminən iki-üç ay gözə dəymədi. Üstündən bir
müddət keçəndən sonra Suriyada olduğunu, hətta öldüyü xəbərini
eşitdik. Lakin sonradan rayona qayıtdı. Mənim yadıma düşdü ki, onun
Türkiyədə bacısı var. O, Türkiyəyə getməklə iki məqsəd daşıya
bilərdi. Bəzilərinə fitnədən uzaq olduğunu, bəzilərinə isə Suriyaya
getdiyini göstərmək istəyirdi. Başa düşdük ki, tələ qurub. Lakin
geri qayıtması, həbs olunmaması şübhələr oyadır.
- Nə üçün Suriyaya getdiyinə dair fikirlər yaratmaq
istəyir?
- Cahillərə nümayiş etdirib dəvətini gücləndirmək istəyir. Çünki
dəvət etdiyi 100 adamdan biri “sən özün niyə getmirsən?” deyə
soruşacaq. Onlara Suriyada olduğunu deməsi üçün bu addımı atır.
Polisə da Türkiyədə olduğunu deyir. İkibaşlı oyun oynayırlar.
- Başqa gedənlərlə bağlı məlumatlar varmı?
- Bir neçə nəfərin getməsi, hətta orda öldürülməsi haqda xəbərlər
yayılıb. Bunlardan Rövşən Soltanov var idi. Onun öldürüldüyü xəbəri
dəqiqdir. Ədalət adlı biri də var idi. Oğlunun ölüm xəbəri gəldi.
Dedilər ki, Türkiyədə “tok” vurub. Amma Suriyada ölmüşdü. Sonra
ailəsi ilə birlikdə o da getdi. Özünün də öldüyünə dair xəbərlər
gəldi. Fərman adlı bir nəfərin də getdiyi deyilir. Bundan başqa,
Şollar qəsəbəsində Murad adlı bir nəfərin də Suriyada olduğu
deyilir. Bura kiçik rayondur, baş verənlərdən hamının xəbəri olur.
Biz də yayılan xəbərlərə istinadən bunları deyirik.
- Burda xəvvaricilərin sayı nə qədər olar?
- Ümumiyyətlə, Xudatın özündə xəvvaricilərin sayı çox deyil. 5-6
nəfər bizim içimizdən çıxanlar idi. Sonradan onların dəvət etdiyi
10-15 nəfər olar. Yəni çox deyil.
- Bir neçə gün öncə həbs olunan Nizami Seyidovu
tanıyırdınızmı?
- Bəli. O, sakit vaxtlarda bizi özündən ağıllı hesab edirdi. Özünün
doğru yolda olduğunu düşünürdü. Çox qaranlıq adam idi. Bizi özündən
həmişə aşağı görürdü. Amma Vaqif Talıbovla dost idi.
- Mütləq bunlara maliyyə verən mərkəz
olmalıdır...
- Bu haqda mənim tutarlı dəlillərim yoxdur. Hesab etmirəm ki, onlar
öz aralarında pul toplasın. Çünki çox xəsisdirlər. Ola bilsin ki,
xarici qüvvələrdir. Ərəblərin, yaxud digər milyoner xəvvaricilərin
pul göndərməsi mümkündür. Lakin dəqiq məlumatım yoxdur.
Asif Nərimanlı
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı