İqtisadi gündəm
Ramil Usubov yeni rəis təyin edib
Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) kadr təyinatı olub.
Publika.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından “Report”a daxil olan məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinə (CAŞ) yeni rəis təyin edilib. Belə ki, nazir general-polkovnik Ramil Usubovun əmri ilə bu vəzifəyə Masallı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi, polis mayoru Əbülfət Abdullayev təyin olunub.
Xatırladaq ki, Suraxanı RPİ, CAŞ-ın keçmiş rəisi, polis polkovnik-leytenantı Ələddin Nizaməddin oğlu İsmayılov olub. Ə.İsmayılov bir müddət əvvəl işində verdiyi nöqsanlara görə vəzifəsindən azad olunsa da, sonradan Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinə baş əməliyyat müvəkkili təyin edilib.
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib?
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia
-
Nəqliyyat08:25
Bakının bu yollarında tıxac var - SİYAHI
-
Magazin108:10
Şəbnəmin prodüseri vəfat etdi
-
Qoroskop07:39
Bu 3 bürcün may ayında bəxti gətirəcək
-
Magazin107:25
Məşhur aktyor Serenayla tərəf müqabili olacaq
-
Ekopublika.az02:19
Hansı sahələr daha çox varlandırır? - “Forbes” açıqladı