Ermənistanda qiymət artımına qarşı usyan
Bizi izləyin

Dünya

Ermənistanda qiymət artımına qarşı usyan

Ermənistanın paytaxtı İrəvanda qiymət artımına qarşı etiraz aksiyası keçirilib.

Publika.az-ın məlumatına görə, paytaxt sakinləri bahalaşmış əksər istehlak mallarının qiymətlərinin endirilməsi tələbilə hökumət binası önündə mitinq keçiriblər. Kortəbii şəkildə təşkil olunmuş aksiya iştirakçıları qiymətlərin böhrandan əvvəlki səviyyəyədək endirilməsini tələb ediblər.

Etiraz iştirakçıları, tələbləri eşidilməsə, erməni “oliqarxlara məxsus” supermarket şəbəkələrini boykot etməklə hədələyiblər. Lakin hökumət binasından heç kəs onların qarşısına çıxmayıb.

Etirazçılar aksiyanı bazar ertəsi davam etdirəcəklərini elan edərək dağılışıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm