Müsəlman ərinə görə erotik rəqsdən imtina edən qadın – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Müsəlman ərinə görə erotik rəqsdən imtina edən qadın – FOTOLAR

Böyük Britaniyalı KlerBörkill ərinə rast gəlməzdən əvvəl Nottinghem şəhərində erotik rəqqasə kimi fəaliyyət göstərərdi. O, burlesk rəqqasəsi kimi açıq-saçıq geyinər, içki içər, donuz əti yeyib rəqs zamanı bədəninin bütün nahiyələrini əsdirərdi.

Lakin 37 yaşlı Kler müsəlman əsilli kişiyə ərə getdikdən sonra həyat tərzi tamamilə dəyişib. Gün ərzində 40 siqaret çəkməyə alışan qadın indi gün ərzində 5 dəfə namaz qılır. Kler ərinə görə islam dinini qəbul etdikdən sonra Cəmilə adını götürüb. Hətta dostları onun dininin dəyişməsini yaxşı qarşılamayıb və yaşadığı ərazidə ona “terrorçu” adını veriblər.

Bütün bunlara baxmayaraq, Kler 28 yaşlı əri Şərif Callo ilə ailə həyatı qurduqdan sonra heç zaman olmadığı qədər xoşbəxt olduğunu deyib.

Öz keçmişini xatırlayan 3 uşaq anası deyib: “Mən klubların birində burlesk rəqsi nümayiş etdirərdim. Əynimdəkini soyunaraq bircə korsetdə qalar və seksual rəqs edərdim. İndi isə mən öz keçmişimdən çox utanıram. Heç köhnə fotolarıma da baxa bilmirəm. Mən sanki yenidən doğulmuşam”.

Cəmilə deyib: “Mənim 8 illik izdivacım 2013-cü ildə dağıldı. Elə həmin il kollecdə turizm elmini oxuyub Qambiyaya getdim. Qambiyada olarkən Şəriflə tanış oldum. Bu, ilk baxışdan sevgi idi. O, müəllim işləyir. Şərif çox ziyalı və mehribandır. Qambiyanı tərk edərkən o, məni sevdiyini dedi. Hava limanını tərk etdikdən sonra düz 3 saat dayanmadan ağladım”.

Cəmilə evə qayıtdıqdan sonra onlar telefonla zəngləşməyə başlayıblar. Bir həftədən sonra isə Şərif ona evlənmək təklifi edib.Əvvəlcə Şərif qadına öz dini haqqında məlum verib. Cəmilə isə internetə daxil olaraq islam dinini araşdırmağa başlayıb.

Qadın deyib: “Din haqqında oxudum və dərhal ona bağlandım. İslam dinində sülh, sevgi, mehribanlıq aşılanır. Mən müsəlman olmağa qərar verdim”.

O, iyun ayında islamı qəbul edib. Cəmilə ərəb dilində surələr oxuyub və Allaha olan sevgisini elan edib.

Cəmilə həmçinin oruc tutur: “Çox çətin idi, lakin öhdəsindən gələ bildim. Ramazan ayında romantik fikirlərə düşmək qadağandır. Ona görə də, səhər saatlarında Şəriflə danışmağa özümə qadağa qoydum. Çünki onun səsi mənim ağlımı başımdan çıxarırdı”.

Cəmilə əvvəllər çöl qabanı ətini yeməyi sevərdi. Hətta səhər yuxudan duran kimi etdiyi ilk iş bekon yemək idi. İndi isə Cəmilə bir neçə kilometr yol qət edərək halal ət satılan qəssab dükanından ət alır.

O deyib: “Həyatımda ən çətin şey bekondan imtina etməyim olub. Lakin din qadağan etdiyi üçün onu halal ətlə əvəzləmişəm”.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm