Obama: Şimali Koreyanın cavabı veriləcək
Bizi izləyin

Dünya

Obama: Şimali Koreyanın cavabı veriləcək

Şimali Koreyanın Sony Pictures-ə haker hücumları cavabsız qalmayacaq.

Publika.az-ın məlumatına görə, bu bəyanatla ABŞ Prezidenti Barak Obama çıxış edib.

Məzuniyyətə yola düşməzdən əvvəl ilin yekunlarına dair mətbuat konfransı keçirən ABŞ Prezidenti ölkə iqtisadiyyatına da toxunub. Prezident siyasətini müdafiə edərək, ABŞ iqtisadiyyatının artıq inkişaf etməyə başladığını və Amerikanın beynəlxalq müstəvidə rəhbər rolunu davam etdirdiyini deyib.

İslam Dövləti ilə mübarizə, Mərkəzi Kəşfiyyat Agentliyinin sorğu-sual metodları və Amerikanın Əfqanıstandakı hərbi missiyasının başa çatdırılması da müzakirə mövzusu olub.

Barak Obama deyib ki, bütöv Amerika üçün olduğu qədər “qara Amerika” üçün də vəziyyət yaxşılaşıb.

O, Ferquson və Nyu-Yorkda polis tərəfindən qaradərili vətəndaşların öldürülməsi ilə baş qaldıran etirazların irqlərarası münasibətləri kölgə altına aldığını desə də, bu kimi problemlərin hər kəsin problem olduğunu və bunların bərabər şəkildə həll edilməsinin vacibliyini vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm