8 uşağını qətlə yetirən ana tutuldu
Bizi izləyin

Qırmızı.az

8 uşağını qətlə yetirən ana tutuldu

Avstraliyanın Kvinslend ştatının Kerns şəhərində 8 uşağı qətlə yetirən 37 yaşlı qadın tutulub.

Publika.az İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Avstraliya hüquq-mühafizə orqanları məlumat yayıb.

Polisin verdiyi məlumata görə, saxlanılan qadının qətlə yetirdiyi uşaqların 7-si onun öz uşaqları, biri isə qohumudur. Dünən qadın evində boğazı və boynu kəsilmiş şəkildə aşkarlanıb. O, xəstəxanaya çatdırılıb və daha sonra qətldə şübhəli bilinərək saxlanılıb. Hazırda qadının polis tərəfindən ifadəsi alınır.

Qeyd edək ki, ölən uşaqların kiçiyi 18 aylıq, ən böyüyü isə 14 yaşında olub. Onların hamısı bıçaqla qətlə yetirilib.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm