bp-yə qarşı 18 milyard dollarlıq iddia
Bizi izləyin

Dünya

bp-yə qarşı 18 milyard dollarlıq iddia

ABŞ hökuməti məhkəmədən Böyük Britaniyanın bp şirkətini 18 milyard dollar məbləğində cərimə etməyi xahiş edib.

Publika.az-ın məlumatına görə, söhbət 2010-cu ildə Meksika körfəzində qəza səbəbindən dəyən ziyanın ödənilməsindən gedir. Müvafiq xahiş Yeni Orlean federal məhkəməsinə göndərilib.

İddianamədə qeyd edilir ki, bp şirkətinin fəaliyyətsizliyi ABŞ tarixində neft axması ilə bağlı ən böyük qəzaya səbəb olub. Bu səbəbdən də şirkətə qarşı Amerika qanunvericiliyində nəzərdə tutulan maksimal cərimə kəsilməsi tələb olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm