Putinin dostu, gözəl “prokuror”, kazak lideri və keçmiş deputat - SANKSİYA
Bizi izləyin

Dünya

Putinin dostu, gözəl “prokuror”, kazak lideri və keçmiş deputat - SANKSİYA

ABŞ prezidenti Barak Obama Krımın işğalıyla bağlı yeni sanksiyalar imzalayıb. Vaşinqton Krımla bağlı istənilən fiziki şəxs və ya kompaniyaya məxsus aktivləri dondurmaq niyyətindədir.

Publika.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin yaydığı məlumatda deyilir.

ABŞ Maliyyə Nazirliyi sanksiyaların tətbiq ediləcəyi Rusiya və Ukrayna vətəndaşlarının adlarını açıqlayıb. Siyahıya “Donetsk Xalq Respublikası”nın terrorçu liderləri Aleksandr Zaxarçenko, Aleksandr Xryakov, Pavel Qubarev, Fyodr Berezin, Miroslav Rudenko, Pyotr Savçenko, İqor Bezler, tanınmamış Dnestryanı respublikasının keçmiş dövlət təhlükəsizlik xidmətinin rəhbəri Vladimir Antyufeyev, “Luqans Xalq Demokratik Respublikası”nın terrorçu liderləri - İqor Plotnitski, Aleksey Karyakin və Aleksey Mozqovoy daxildir.

Bundan əlavə, siyahıda Ukrayna Ali Radasının keçmiş deputatı Oleq Tsaryov, Don kazaklarının atamanı Nikolay Kozitsın, terrorçulara maliyyə dəstəyi göstərən biznesmen Konstantin Malofeyev, Krımın qeyri-legitim “prokuroru” Natalya Poklonskaya, Rusiya prezidenti Vladimir Putinin şəxsi dostu, bayker qrupunun lideri Aleksandr Zaldostanov və digərlərinin adları var.

Qeyd edək ki, “qara siyahı”da olan şəxslərin ABŞ-a buraxılması qadağan olunur və onlara məxsus bank hesabları dondurulur.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm