“Siyasi əxlaq arxa sıraya keçir” - Qubad İbadoğlu qrupunu müəyyənləşdirdi
Bizi izləyin

Nida.az

“Siyasi əxlaq arxa sıraya keçir” - Qubad İbadoğlu qrupunu müəyyənləşdirdi

“Azərbaycan siyasətində əxlaq məsələsi getdikcə arxa sıraya keçir”.


Publika.az xəbər verir ki, bu barədə “Azərbaycan Demokratiya və Rifah” hərəkatının sədri, Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, əxlaqlılarla əxlaqsızlar yarışa girəndə, adətən, əxlaqlılar uduzur: “Xalq arasında artıq bütləşib ki, əxlaqlı adamın siyasətdə nə işi var. Çox təəssüf ki, vəziyyət bu hala gəlib və əxlaqlı siyasi mübarizə hələ də önə çıxa bilmir”.


Q. İbadoğlu mübarizənin bir hissəsini siyasətin əxlaqlaşmasına həsr etməyə məcbur olduqlarını bildirib.


“Çünki siyasəti bu bəladan qurtarmayınca qalibiyyət olmayacaq. Görünən odur ki, yaxın gələcəkdə biz xalqa sadiq, dürüst, yalan danışmayan, ədalətli, əxlaqlı, vədinə xilaf çıxmayan yeni və intellektli siyasətçilər yetişdirməli, o zamana qədər də bu meyarlara cavab verən kiçik bir qrupla işləməli olacağıq”, - deyə o bildirib


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm