Qırmızı.az
“Onun üşüməsinin qarşısını ala bilmədim, isidə bilmədim...” – Millət vəkili anasının ölümündən danışdı
Millət vəkili Jalə Əliyeva anası, mərhum şairə Nuridə Günlə vida mərasimində onun haqqında danışıb.
Publika.az xəbər verir ki, o, anasının ömrünün son günlərində yazdığı bu şeiri tez-tez təkrar etdiyini bildirib:
“Günəş, mənə soyuqdur...
Mənə yerdə yaman soyuqdur.
Günəş, məni apar yanına -
Bu yerdə mənə çox soyuqdur...
Həyatın vəzifəsi bundan ibarətdir ki, bir gün gələn, bir gün gedər. Əzizlərimizdən ayrılmaq insana çox çətindir. Valideyn itirmək xüsusən ağırdır. Mən anamla nəfəs alırdım, o, mənim üçün əvəzsiz idi. Mən bunu təsəvvür edə bilmirəm. Anamın 65 illik yubileyində demişdim ki, anamla mənim daha çox bir yerdə olmağım, onun nəfəs almasını daha çox görüməyim üçün Tanrıya gecə-gündüz dua edirəm. Düz 11 il əvvəl bu duanı etdim. Çox təəssüf ki, onu daha artıq görə bilmirəm.
Anam uzun illər AZTV-nin diktoru olub, incəsənət universitetində dərs deyib. Sonra da Tanrı ona bu qələmi verdi, şairliyi, yazmağı verdi. Anamın yazdıqları çox dərin və fəlsəfi idi. Özü hər zaman qeyd edirdi ki, mən şöhrət adamı deyiləm. Bununla bərabər, yəqin ki, ürəyinin dərinliyində illərdən bəri çəkdiyi zəhmətin bəhrəsini gözləyirdi. Bu, mənə elə gəlir. Prezident İlham Əliyevə təşəkkür edirəm ki, 8 il əvvəl anamı prezident təqaüdü ilə təltif etdi. İnanın ki, anamın buna görə sevincinin həddi-hüdudu yox idi. Həmin gün deyirdi: “Mən dünyanın xoşbəxtiyəm, çünki sayılmışam”. Ancaq anam bunu şöhrət üçün etmirdi. Onun böyük qiymətinin verilməsi üçün edirdi. Təbii ki, sənət və ədəbiyyat adamları göy adamlarıdır, yer adamları deyillər. Təbii ki, anamın da istək və arzuları var idi. Nəyəsə stimul gözləyirdi. Çox təəssüf ki, ona çatmadan getdi. Təəssüflər olsun ki, mən onun həyatda qalmasına heç nə edə bilmədim. Onun üşüməsinin qarşısını almaq üçün, onu isitmək üçün mən gücsüz oldum... Həm xəstəliyi qarşısında, həm də son arzusu qarşısında gücsüz oldum. Amma mənə deyirlər ki, sən bacardığın hər şeyi etdin. Mən bununla razı deyiləm. Mən onun etdiklərinin qarşısında hər şeyi edə bilmədim.
Bəzən mən anamı şirə, pələngə bənzədirdim. Çünki o, tək mənim üçün deyil, bütün nəsil üçün qadınlığı ilə kişi qeyrəti daşıyırdı. Anama çox vaxt kişi qeyrətli qadın deyirdilər. Yazdıqları da kişi qələmindən çıxmış yazılara bənzəyirdi”.
Vasif Həsənli
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...