Rəqəmlər deyir ki... Biabırçılıq olacaq
Bizi izləyin

İdman

Rəqəmlər deyir ki... Biabırçılıq olacaq

İtaliya A seriyasında 16-cı tura sabah Milanda yekun vurulacaq.

Publika.az xəbər verir ki, “İnter” “Latsio”nu qəbul edəcək. Bu komandaların Milandakı qarşılaşmalarında meydan sahiblərinin böyük üstünlüyü nəzərə çarpır.

“Cüzeppe Meatsa”da 71 dəfə üz-üzə gələn komandaların duelində “neradzurra”nın 40 qələbəsi var. 23 oyun heç-heçə başa çatıb. “Latsio” cəmi 8 dəfə Milandan 3 xal apara bilib.

Paytaxt klubuna qarşı Milanda keçirdiyi son 9 qarşılaşmanın səkkizində üzü gülən milanlılar 2013-cü ilin mayında 1:3 hesabıyla uduzmuşdur.

Cari mövsümə yaxşı başlamayan “İnter” sabah məğlub olsa, 16 turdan sonra aktivindəki xalların sayı dəyişməyəcək (20 xal). Bu isə 1946/47 mövsümündən sonra ən pis göstərici olacaq. Onda “neradzurra” 13 xal toplamışdı (nəzərə alaq ki, o vaxt qələbəyə iki xal verilirdi).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm