Rəqqas atəş açdı, özünü yanbızından güllələdi - FOTOLAR\VİDEO
Bizi izləyin

Bilgi.az

Rəqqas atəş açdı, özünü yanbızından güllələdi - FOTOLAR\VİDEO

Əbəs yerə deyilməyib ki, silahla oynamaq olmaz. Səudiyyə Ərəbistanında keçirilən toy məclisində rəqqaslardan biri mərasim rəqsini yerinə yetirən zaman özünə tüfəngdən atəş açıb.

Publika.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bu ayın əvvəllərində çəkilmiş videoda muşket tipli tüfəngi əlində saxlayan iki kişinin rəqs zamanı xalçanın üstündə oturduğu görünür.

Rəqqaslar ayağa qalxaraq havaya tullanaraq atəş açırlar. Bu zaman rəqqaslardan biri ehtiyatsızlıqdan özünə atəş açır və... özünü "yumşaq yerindən" vurur. Rəqqas yerə yıxılarkən ətrafdakı insanlar onun köməyinə tələsir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm