Yanacaqdoldurma məntəqəsi işçilərinə silahlı basqın
Bizi izləyin

Qırmızı.az

Yanacaqdoldurma məntəqəsi işçilərinə silahlı basqın

Sabirabadda yanacaqdoldurma məntəqəsinin işçilərinə basqın edilib.

Publika.az Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 18-də “Oscar” yanacaqdoldurma məntəqəsinin işçiləri Mikayıl Balakişiyevi və Hikmət Mustafazadəni bıçaqla hədələyib oradan 1154 manat və 2 ədəd mobil telefonun Ulacalı kənd sakini, əvvəllər məhkum olunmuş Kamil Babayev tərəfindən aparılması müəyyən edilib.

Araşdırmalar zamanı quldurluğun məntəqənin işçisi Mikayıl Balakişiyev tərəfindən təşkil edilməsi müəyyən edilib və o, tutulub.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm