Müsəlman qadın kilsədə ibadət etməyə məcbur edildi
Bizi izləyin

Dünya

Müsəlman qadın kilsədə ibadət etməyə məcbur edildi

“The Associated Press” agentliyi bildirir ki, 2 ay müddətinə həbsə məhkum olunmuş müsəlman xanım həbsxananın rəhbərliyi tərəfindən kilsədə keçirilən ibadətdə iştirak etməyə məcbur edilib.

Səkinə Məcid bildirib ki, o və başqa müsəlmanlar Baptistlərin nəzarətində olan kilsəyə zorla aparılıblar: “Xüsusən cümə günü günortadan sonra keçirilən dini mərasimdə olmağımız vacib idi”. Müsəlman qadına açıq şəkildə hədə gəliblər ki, əgər kilsəyə getməsən səni karserə salacağıq. Tək adamlıq kamerada saxlayacağıq.

Dövlət ittihamçısı Mateu Besser deyib ki, kimin hansı dinə inanması hər bir kəsin şəxsi işidir. Hökumət kimsəyə deyə bilməz ki, hansı dini ibadət daha yaxşıdır və ya ibadət məcburidir.

Səkinə Məcidin məhkəmə çəkişməsi barədə prokurorluğun mətbuat katibi Coy Frolik hər hansı açıqlama vermək istəməyib.

Maraqlıdır ki, qaradərili müsəlman xanım polisə müqavimət göstərmək ittihamı ilə həbsdə saxlanılıb.

Mateu Besser bildirib ki, vətəndaşın öz iradəsinin əksinə olaraq hər hansı dini ibadətə məcbur edilməsi konstitusiyanın pozulması anlamına gəlir: “Bu xanım Kanzasda böyüyüb. O, təpədən dırnağa kimi amerikalıdır. Sadəcə çoxluqdan fərqli olaraq, başqa bir dinə tapınıb”.

Son aylarda ABŞ-ın dörd bir yanında baş verən kütləvi etirazlar bu ölkədə olan irqi ayrı-seçkilikdən irəli gəlir. Göründüyü kimi, irqi fərqlərdən başqa ABŞ-da dini müstəvidə də xeyli problemlər var.../musavat.com/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm