İran İŞİD-ə xəbərdarlıq etdi
Bizi izləyin

Dünya

İran İŞİD-ə xəbərdarlıq etdi

İran Müdafiə Naziri General-mayor Hüseyn Dehqan İraqda şiələr üçün müqəddəs sayılan məkanların ölkəsi üçün qırmızı xətt olduğunu deyib.

Axar.az xəbər verir ki, nazir İŞİD və ya digər silahlı qruplaşmaların İraqdakı müqəddəs yerlərə hücum edəcəyi təqdirdə İranın hərəkətə keçəcəyi xəbərdarlığını edib.

İranın ərəb dilində yayımlanan Əl-Aləm dövlət televiziyasına danışan Dehqan ABŞ, Rusiya və Çindən sonra İranın raket gücünə görə dünyada 4-cü sırada yer aldığını bildirib: “Baş verə biləcək təhlükəyə qarşı raketlərimizin sayını artırmışıq. Mərmilərin təsir gücünü və radara düşməmək imkanlarını artırmaq üçün işlərə davam edirik”.

Suriya və İraqda baş verən hadisələrin əslində İsrailin təhlükəsizliyinə xidmət etdiyini deyən iranlı nazir ölkəsinin həm Suriya, həm də İraqla əməkdaşlıq etdiyini deyib: “Biz terrordan əziyyət çəkən hər bir ölkə ilə əməkdaşlığa hazırıq. İraq və Suriyada olan iranlıların əsas məqsədi təhsil və məsləhət verməkdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm