Millət vəkili: Azərbaycan Zəlimxan Məmmədliyə görə Gürcüstana nota verməlidir
Bizi izləyin

Nida.az

Millət vəkili: Azərbaycan Zəlimxan Məmmədliyə görə Gürcüstana nota verməlidir

"Azərbaycan Xarici İşlər Nazirliyi "Borçalı" cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin Gürcüstana buraxılmaması məsələsinə ciddi yanaşmalıdır".

Publika.az-ın məlumatına görə, bu barədə millət vəkili Fazil Mustafa öz Facebook səhifəsində yazıb.

Onun fikrincə, bu işin pərdə arxasında Gürcüstanın maraqlarını düşünən insanlar durmur. Çünki Zəlimxan bəyin fəaliyyəti bu iki toplumun bir-birinə yaxınlaşmasına, azərbaycanlıların Gürcüstan dövlətinin inkişafında fəal rol almasına yönəlib.

"Bu məsələ ilə bağlı Gürcüstan XİN-nə nota da vermək olar. Kimlərsə oradakı həmvətənlərimizlə ictimai əlaqələr yaradan fədakar insanları təcrid etmək niyyəti güdür və bunun ardınca daha arzuolunmaz addımlar ata bilərlər. Düşündürücüdür ki, bütün erməni separatçılarına Gürcüstanda rəsmi dairələr tərəfindən tam fəaliyyət sərbəstliyi verilmişdir. Zəlimxan Məmmədlinin Gürcüstana sərbəst gedib-gəlməsi təmin olunana qədər dəstəyimizi əsirgəməməliyik", millət vəkili vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm