Erməni müxalifətçinin “qulaqları kəsildi” - VİDEO
Bizi izləyin

Dünya

Erməni müxalifətçinin “qulaqları kəsildi” - VİDEO

Ötən gün axşam Ermənistanın paytaxtı İrəvanın mərkəzində 2 naməlum şəxs müxalifətçi fəal Vaqinak Şuşayana fiziki təzyiq göstəriblər.

ANS PRESS-in məlumatına görə, bu barədə fəal öz Feysbuk səhifəsində partlamış dodağının şəklini qoyaraq məlumat verib.

Hadisəni danışarkən Şuşanyan bildirib ki, ona hücum edənlərdən biri “Küçük, dünən prezidentin anasına söyən sən idin?” deyə bildirərək təhqir edib.

Qeyd edək ki, 19 dekabrda hökümət evi qarşısında keçirilən müxalifətin aksiyası zamanı Vaqinak Şuşanyan çıxışı zamanı bu sözləri deyib: “Polis polkovniki deyib ki, kim mənim prezidentimin anasına söysə, onun qulağını kəsəcəm. Qoy gəlsin bura və qarşımda dayansın. Mən onun prezidentini də, onun özünü də söyəcəm. Baxaq görək o mənim qulağımı kəsə biləcəkmi?”.

Xatırladaq ki, bundan əvvəl Ermənistan polisinin rəis müavini Levon Eranosyan jurnalistin sualına cavab verərəkən “Mənim çəkinəcəyim heç nə yoxdu. Bu ölkədə kim olur-olsun. Əyər mənim də olduğum bir yerdə kimsə prezidentin ünvanına nəsə demək istəsə, mən onun küçük kimi qulaqlarını kəsəcəm” demişdi.

Bu hadisədən sonra Eronosyan Qarabağ müharibəsində iştirak etçiş Manvel Eqiazaryan və Razmik Petrosyanın döyülməsinə sərəncam verib. Bundan sonra daha bir Qarabağda döyüşmüş Suren Sarqsyan və müxalifətdən olan deputat Aram Manukyan döyülüb.

Məsələnin parlamentdə müzakirəsi zamanı iqtidardan olan deputat parlament üzvünə olan hücümü düzgün saymışdı.

Lakin Ermənistanda baş verən acınacaqlı vəziyyətin yaratdığı bu sosial partlayışa Serjin “sillə vuranları”nın nə qədər tab gətirəcəyi məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm