Azyaşlı azərbaycanlı İsrail çempionu oldu - VİDEO
Bizi izləyin

İdman

Azyaşlı azərbaycanlı İsrail çempionu oldu - VİDEO

Əslən azərbaycanlı olan Dərya Bayramova 8-10 yaşlılar arasında karate üzrə İsrail çempionatının qalibi olub.

“İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasından (Azİz) Publika.az-a verilən məlumata görə, 2006-cı ildə anadan olmuş Dəryanın valideynləri əslən Azərbaycandandır. Hələ uşaq olmasına və idmanın bu növü ilə məşğul olmağa təxminən iki il bundan əvvəl başlamasına baxmayaraq, idman karyerası ərzində bürünc və gümüş medallar qazanıb. Dünən isə Dəryanın idman mükafatları “kolleksiyasına” qızıl medal da əlavə olunub.

Qeyd edək ki, gənc çempionun babası Vahid Bayramov “Azİz” Assosiasiyasının Azərbaycandakı nümayəndəsidir .

Oxumağa davam et
Reklam
Reklam

Gündəm