Şimali Koreya ABŞ-a əməkdaşlıq təklif etdi
Bizi izləyin

Dünya

Şimali Koreya ABŞ-a əməkdaşlıq təklif etdi

Şimali Koreya "Müsahibə" (“The Interview”) filminin nümayişinin ləğvinə səbəb olmuş Sony Pictures şirkətinə kiberhücumun ABŞ-la birgə araşdırılmasını təklif edib.

Publika.az-ın məlumatına görə, bu barədə Şimali Koreyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Birləşmiş Ştatların əsassız iddia və böhtanlar atdığı bir məqamda biz insidentin müştərək araşdırılmasını təklif edirik”, - bəyanatda bildirilir.

Şimali Koreya təklifin rədd edilməsinin ağır nəticələri olacağını bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm