Rusiyada xarici kəşfiyyat xidmətlərinin fəallığı artır
Bizi izləyin

Dünya

Rusiyada xarici kəşfiyyat xidmətlərinin fəallığı artır

Rusiyada xarici kəşfiyyat xidmətlərinin fəallığı artır.

Publika.az-ın məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin təhlükəsizlik orqanları günü ilə bağlı Kremldə keçən təntənəli tədbirdə çıxış edərkən deyib.

"Yalnız əkskəşfiyyat xəttilə cari ildə xarici xüsusi xidmətlərin 230-dan artıq əməkdaşı və agentləri ifşa olunub”, - Rusiya prezidenti bildirib.

Vladimir Putinin sözlərinə görə “Rusiyanı qoxutmaq, saxlamaq və təcrid etmək” mümkün olmayacaq.

“Bu indiyədək alınmayıb və alınmayacaq. Eyni zamanda biz müəyyən çətinliklərdən keçməyə hazır olmalıyıq və suverenliyimizə, sabitliyə və cəmiyyətimizin birliyinə yaranan hər hansı təhlükələrə adekvat cavab verməliyik”.

Rusiya lideri deyib ki, 2014-cü ildə Rusiya xüsusi xidmətlərinin fəaliyyəti nəticəsində “8 terror aktı daxil olmaqla 60-dan artıq terror istiqamətli cinayətlərin qarşısı alınıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm