“Qarabağ Ankara-Moskva danışıqlarının predmetidir”
Bizi izləyin

Dünya

“Qarabağ Ankara-Moskva danışıqlarının predmetidir”

“Ankara-Moskva yaxınlaşması Cənubi Qafqazda önəmli dəyişiklərə səbəb olacaq”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyədə yaşayan azərbaycanlı politoloq, Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin mütəxsəsisi Orxan Qafarlı 19 dekabr tarixində “TRT Türk”də yayımlanan “Detay Xəbər” proqramında çıxış edib.

O, Rusiya iqtisadiyyatı ilə bağlı müsbət xəbər gözləməyin əbəs olduğunu deyib:

“Artıq biz Azərbaycan, Türkiyə və Rusiya münasibətlərinin yaxınlaşmasından söz edə bilərik. Türkiyə-Rusiya arasında yaxınlaşmanın ilk əlamətlərini Cənubu Qafqaz regionu hiss edəcək. Moskva və Ankara arasında erməni məsələsi və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı uğurlu bir dialoq prosesi başlayıb. Əgər bu siyasi dialoq baş tutarsa, 2015-ci ildə biz bunun nəticələrini görə bilərik. Rusiya hakimiyyəti ölkə iqtisadiyyatında modernləşməni reallaşdıra bilməsə, yaxın iki ildə iqtisadiyyatın düzəlməsini gözləmək doğru deyil. Hazırkı şərtlərdə isə Rusiya iqtisadiyyatını yalnız enerji qiymətlərinin qalxması əvvəlki duruma gətirə bilər. Hazırkı Rusiyada iqtisadi vəziyyət isə Cənubu Qafqaz ölkələrinə də ciddi zərər vuracaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm