ABŞ-da öldürülən qaradərili gəncə görə 2 polis vuruldu
Bizi izləyin

Dünya

ABŞ-da öldürülən qaradərili gəncə görə 2 polis vuruldu

Nyu Yorkun Bruklin rayonunda silahlı şəxs polis xidməti maşınına yaxınlaşaraq avtomobildə oturan polis əməkdaşlarına atəş açıb.

Publika.az BBC-yə istinadən xəbər verir ki, silahlı şəxs polis əməkdaşlarının baş nahiyəsini nişan alaraq atəş açıb.

Atəş açdıqdan sonra, həmin şəxs yaxınlıqda yerləşən metro stansiyasına daxil olaraq orada özünü güllələyib.

Nyu York şəhər polis xidmətinin komissarı polis əməkdaşlarının səbəbsiz yerə güllələndiyini bildirib. Son məlumatlara görə, polis əməkdaşlarına atəş açmış şəxs Ismaaiyl Brinsley adlı 28 yaşlı qaradərili ABŞ vətəndaşı olub.

Öldürülmüş iki polis əməkdaşları isə asiya mənşəli Liu Uenjin və Rafael Ramos adlı ispan mənşəli ABŞ vətəndaşları olublar.

Məlumatlara əsasən, Ismaaiyl Brinsley hücumundan qabaq sosial şəbələrdə polisin ünvanına hədələr yazaraq qaradərili amerikalıların polis əməkdaşları tərəfindən qətlə yetirilməsinin qisasının alınacağını vəd edibmiş.

Son iki ay ərzində ABŞ-də məhkəmə 2 qaradərili silahsız vətəndaşı öldürən polis nəfərlərinə bəraət qazandırıb. Məhkəmənin bu qərarları ABŞ-da kütləvi etirazlara səbəb olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm