“İş planı hazırlanıb”- Kəmaləddin Heydərov
Bizi izləyin

Nida.az

“İş planı hazırlanıb”- Kəmaləddin Heydərov

Fövqəladə Hallar Nazirliyinin 2015-ci il üçün iş planının layihəsi işlənib hazırlanıb.


Bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov məlumat verib.


Diqqətə çatdırılıb ki, Fövqəladə Hallar Nazirliyinin 2015-ci il üçün iş planının layihəsi nazirliyin aparatı və strukturuna daxil olan qurumlar tərəfindən təqdim edilən müddəalar əsasında işlənib hazırlanıb və müvafiq vəzifəli şəxslər tərəfindən razılaşdırılıb.


Növbəti ildə qarşıda duran prioritet vəzifələr nazirliyin kadr potensialından səmərəli istifadə və peşəkarlıq səviyyəsinin artırılması, ölkənin su təhlükəsizliyinin təmin edilməsi, daşqın riskinin azaldılması istiqamətində görülən işlər çərçivəsində dibdərinləşdirmə işlərinin davam etdirilməsi, su ehtiyatlarının qiymətləndirilməsi layihəsi üzrə işlərə başlanılması, neft dağılmalarının qarşısının alınması işinin təkmilləşdirilməsi, bu istiqamətdə yeni layihələrin hazırlanması və həyata keçirilməsidir.


Bundan əlavə, iş planının layihəsində Bakı buxtasının təmizlənməsi layihəsi üzrə işlərə başlanılması, elektron xidmətlər göstərilməsi sahəsində işin təkmilləşdirilməsi və günün tələbləri səviyyəsində qurulması, sənədlərin elektron dövriyyəsinin təkmilləşdirilməsi işinin davam etdirilməsi, qurumların maddi-texniki təchizat bazasının müasir standartlara uyğun şəkildə daha da gücləndirilməsi və ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarının təhlükəsizliyinin aidiyyəti üzrə yüksək səviyyədə təmin edilməsi məsələləri əksini tapıb.(AzərTac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm