Pakistanda Rusiya vətəndaşı edam edildi
Bizi izləyin

Dünya

Pakistanda Rusiya vətəndaşı edam edildi

Pakistanın eks-prezidenti Pəviz Müşərrəfə qarşı sui-qəsd hazırlamaqda ittiham olunan Rusiya vətəndaşı Ahlas Alhlakı edam edib.

Publika.az-ın məlumatına görə, onunla birlikdə daha 3 nəfər

edam edilib. Ahlas Ahlakın edam edilməsini Rusiya Xarici İşlər Nazirliyi də təsdiqləyib. Nazirlik bildirib ki, Pakistandakı Rusiya səfirliyi və Ahlas Ahlakın vəkilləri onun edamının təxirə salınmasına çalı.dıqlarını bildirib.

Pakistanın Dawn qəzetinin məlumatına əsasən məhkumlar dar ağıcından asılaraq edam olunublar. Edamdan əvvəl məhkumlara qohumları ilə vidalaşmağa icazə verilib.

Qeyd edək ki, Pakistanın Baş naziri Nəvaz Şərif Pakistanda ölüm hökmünə moratoriumu dekabrın 16-da taliblərin Peşəvər hərbi məlktəbinə hücumundan sonra ləğv edib.

Həmin hücum nəticəsində 140-dan çox adam həlak olub.

Moratorium ləğv olunduqdan sonra Pakistan həbsxanalarında məhkumların ölüm hökmünün icra edilməsinə başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm