Millət vəkili Facebook statuslarından kitab yazır
Bizi izləyin

Yazarlar

Millət vəkili Facebook statuslarından kitab yazır

Millət vəkili Aydın Mirzəzadə Facebook statuslarından daha bir kitab çap etdirmək niyyətindədi.

Publika.az xəbər verir ki, bu barədə millət vəkili Facebook səhfəsində yazıb.

"Feysbuk səhifəmdəki "müdriklik dərsləri " rubrikasındakı materiallar əasında 2014-cü ilin fevral ayında 200 dəsrdən ibarət "Müdriklik dərsləri - I hissə " adlı kitab nəşr edildi. Sonradan rubrika davam edildi və hal-hazırda səhifəmdə 348-ci material verilib.
Gələcəkdə 201-600 saylı dərslər əsasında artıq 400 dəsrdən ibarət "Müdriklik dərsləri - II hissə " adlı kitab nəşr etmək istəyirəm."

Deputat növbəti kitabın 2016-cı ilin fevral-mart aylarında işıq üzü görəcəyinin gözlənildiyini bildirib.

"Bu dəfə kitabın nəşrində yenilik etmək istəyirəm, beləki, kitabda materalllarla yanaşı sizlərin onlara verdiyiniz şərhlər də dərc ediləcək. Etiraz edənlərin şərhləri verilməyə bilər."- millət vəkili əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm