Kral Türkiyəyə 5 təyyarə ilə gəldi - VİDEO
Bizi izləyin

Dünya

Kral Türkiyəyə 5 təyyarə ilə gəldi - VİDEO

Mərakeş kralı 6-cı Məhəmməd həyat yoldaşı Şahzadə Lalla Salma və uşaqları ilə birlikdə Türkiyəyə gəlib.

Publika.az-ın məlumatına görə, Kralın əşyalarını daşımaq üçün 3 hərbi təyyarə və iki xüsusi təyyarə ayrılıb.

Kralın həyat yoldaşı Şahzadə Lalla Salma və uşaqlarının olduğu təyyarə saat 17:30-da Atatürk Havalımanına enib. Şahzadə və uşaqların gəlişi zamanı jurnalistlər Atatürk Hava limanına buraxılmayıb. Təyyarədən enən kralın ailəsi zolaqdaca onlar üçün ayrılmış avtomobilə minərək ərazini tərk ediblər.

Mərakeş Kralı 6-cı Məhəmməd isə həyat yoldaşı və uşaqlarından ayrı gəlib. Kralın təyyarəsi saat 20:00 radələrində Atatürk Hava lımanına enib.

51 yaşındakı Mərakeş Kralının Türkiyə ziyarətinin səbəbi haqqında məlumat verilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm