MKİ-nin məxfi sənədləri yayıldı
Bizi izləyin

Dünya

MKİ-nin məxfi sənədləri yayıldı

Vikiliks (Wikileaks) ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) hava limanlarının gömrük xidmətlərindən, o cümlədən Avropa Birliyi ölkələrinə saxta pasportlarla qanunsuz keçilməsi haqda iki məxfi məruzəsini dərc edib.

Musavat.com-un xarici qaynağa istinadən verdiyi məlumata görə, məxfi sənədlər məmur adı altında gizlənən MKİ agentlərinə bütün dünya üzrə pasport yoxlanışından yan ötməyə kömək etməyi nəzərdə tutur.

Sənədlər sərhədlərin keçilməsi və viza qaydaları, elektron sistemlərinin həcmi və məzmunundan, sərhəd qoşunlarının protokol hərəkətlərindən və s. ətraflı bəhs edir.

Təlimatlarda habelə, sərhədçilər tərəfindən şübhələrin yarandığı təqdirdə sorğu-suala daha yaxşı necə hazırlaşmaq və ondan necə keçmək haqda tövsiyələr əksini tapıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm