İdman
Turu başa çatdırmaq mümkün olmadı
Dekabrın 21-də Azərbaycan Premyer Liqasında II dövrənin oyunları keçirilib.
Publika.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutmalı idi. Lakin hava dumanlı olduğundan "Simurq" - "Bakı" oyunu təxirə salınıb.
"Xəzər Lənkəran" isə öz meydanında AZAL-ı qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb.
Turun mərkəzi qarşılaşması Qəbələdə keçirilib. Burada yerli "Qəbələ" klubu "İnter"i sınağa çəkib. "İnter" bu görüşdə qələbə qazanmaqla ikinci pillədəki mövqeyini bir qədər də möhkəmləndirə bilərdi. Lakin "Qəbələ"ninəzmkar oyunu nəticəsində oyun 1:1 hesabı ilə başa çatıb.
Premyer Liqanın hazırkı lideri "Qarabağ" klubu öz meydanında "Sumqayıt"la münasibətlərinə aydınlıq gətirib. "Qarabağ" bu oyunda 2:0 hesabı ilə qalib gəlməklə qış fasiləsinə lider kimi yollanıb.
Xatırladaq ki, qış fasiləsinə “Qarabağ” 34 xalla 1-ci, “İnter”
29 xalla 2-ci, “Neftçi” isə 26 xalla 3-cü pillədə yollanıb.
22 dekabr
Azərbaycan Premyer Liqası, 18-ci tur
12:00. “Simurq” – “Bakı”
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Mübariz Haşımov,
Ramil Diniyev
Zaqatala şəhər stadionu.
21 dekabr (bazar)
“Qarabağ” – “Sumqayıt” - 2:0
Qollar: Leroy Corc, 25, (1:0), Vurğun Hüseynov, 55-avtoqol
(2:0)Realllaşdırılmayan penalti:Ramazan Abbasov,
89 (“Sumqayıt”) - qapıçı
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid
Əliyev, Orxan Məmmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
“Qəbələ” – “İnter” - 1:1
Qırmızı vərəqə: Elvin Məmmədov, 87 ("İnter")
Qol: Dodo, 38, (1:0), Məhəmməd Mirzəbəyov, 67
(1:1)
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Elşən
Acalov, Vüsal V. Əliyev
Qəbələ şəhər stadionu.
“Xəzər Lənkəran” – AZAL - 1:1
Qol: Mombanqo, 43 (0:1), Fernando Qabriel, 60
(1:1)
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif
Əmirəli, Rəhim Həsənov
“Xəzər Lənkəran” mərkəzi stadionu.
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ