ŞOK: Rusiyada sahibinin borcuna görə pişik həbs olundu
Bizi izləyin

Bilgi.az

ŞOK: Rusiyada sahibinin borcuna görə pişik həbs olundu

Rusiyada vergi toplayan müfəttişlər borcları ödəməyənlərə qarşı yeni üsülu təcrübədən keçirirlər.

Publika.az-ın məlumatına görə, onlar borc müqabilində ev heyvanlarını müsadirə edəcəklərini bildirirlər. İnterfax agentliyi belə bir hadisənin Novosibirskdə baş verdiyini yazır.

Yerli sakinlərdən biri bahalı cinsdən olan pişiyinin aparılacağını eşidəndən sonra 12,000 rubl (159 AZN) təşkil edən borcunu ödəməyə razılaşıb.

Tələbənin mənzilinə daxil olarkən vergi toplayanların gözünə heç bir qiymətli əşya dəyməyib. Lakin bir qədər keçmiş onların diqqətini qısatüklü ingilis pişiyi və pişik balaları cəlb edib.

Cins heyvanın bahalı olduğu üçün qanun nümayəndələri pişiyin özü ilə pişik balalarına həbs qoymaq qərarına gəiblər.

Krasnoyarsk şəhərində isə məhkəmə icraçıları kommunal xidmətlərə borcu olan şəxsin "Yasmin" ləqəbli pişiyilə yanaşı dovşanını da müsadirə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm