Gənc aktrisa oğurluq edərkən yaxalandı - FOTO
Bizi izləyin

Tabloid.az

Gənc aktrisa oğurluq edərkən yaxalandı - FOTO

Gənc Hollivud ulduzu Amanda Bynes mağazadan oğurluq edərkən yaxalanıb.

Publika.az-ın məlumatına görə, illik 8 milyon dollar qazanan məşhur aktrisa mağazadan bikini oğurlayarkən saxlanılıb. Qərbi Hollivudda bir mağazaya girən 26 yaşındakı Amanda Bynes, bir neçə geyimi götürərək soyunub-geyinmə otağına girib. 1 saat 45 dəqiqə orada qalan aktrisa çıxarkən bir cüt stiletto, günəş gözlüyü və bir neçə parça əşyanın pulunu ödəyib. Qapıdan çıxarkən satıcı Bynesin üzərində bir bikini üstü qaldığının fərqinə varıb.

Aktirsa özünü itirməyərək bikinini yoxlamaq üçün geydiyini və çıxarmağı unutduğunu söyləyib. O, geyimin pulunu - 40 dolları ödəyərək mağazanın şikayətçi olmasının qarşısını alıb.

Qeyd edək ki, bu, aktrisanın ikinci oğurluq hadisəsidi. Bundan əvvəl 2002-ci ildə 200 avroluq mal oğurlayan Hollivud ulduzu 15 min dollar cərimə ödəyərək azadlığını satın alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm