Dünya
Barak Obama söz verdi
ABŞ prezidenti Quantanamo həbsxanasının bağlanması üçün əlindən gələni edəcəyini deyb.
Publika.az-ın məlumatına görə, CNN kanalına müsahibəsi zamanı Barak Obama bildirib ki, həbsxana cihadçıları və ekstremistləri təşviq edir. O, ABŞ-ın bu cəza müəssisəsinə milyonlarla dollar sərf etdiyini və bunun Amerika dəyərlərinə zidd olduğunu deyib.
Dünən ABŞ-ın Müdafiə Nazirliyi 4 əfqan məhbusun azad edildiyini bəyan edib.
Quantanamoda 2009-cu ildə 242 məhbus saxlanılırdı. Hazırda onların sayı 132 nəfərdir. Məhbusların bir çoxu azadlığa buraxılmalıdır. Lakin vətənlərinə dönə bilmədikləri üçün onların sərbəst buraxılması yubadılır. Cəza müəssisəsində saxlanılanların yarıdan çoxu yəmənlidir.
Quantanamo 2002-ci ildə, Əl-Qaidənin 11 sentyabr terror aksiyalarından sonra açılıb. İnsan hüquqları müdafiəçiləri dəfələrlə ABŞ-ı insanları ittihamsız və ağır dindirilmə şərtləri altında saxladığına görə tənqid edib.
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO