Qənirə Paşayeva İndoneziya millət vəkilləri ilə Qarabağdan danışıb
Bizi izləyin

Nida.az

Qənirə Paşayeva İndoneziya millət vəkilləri ilə Qarabağdan danışıb

Millət vəkili Qənirə Paşayeva İndoneziya Parlamentinin üzvləri Hj. Kartika Yudhishti və H.Hamdhani ilə görüşüb.

Görüş zamanı millət vəkili Qənirə Paşayeva onlara Ermənistanın işğalçılıq siyasəti və Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib. O, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Xocalı Soyqırımı barədə ətraflı məlumatlar verib.

O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq ədalətin yanında olan bütün insanlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı Soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. O deyib ki, İndoneziyada Azərbaycan həqiqətlərinin daha da geniş şəkildə bilinməsinə və daha da geniş dəstəklənməsinə hər zaman böyük ehtiyac var. Millət vəkili Qənirə Paşayeva İndoneziya Parlamentinin üzvləri Hj. Kartika Yudhishti və H.Hamdhanini hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyib və onları Azərbaycana dəvət edib.

Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiklərini, Azərbaycanı böyük məmnuniyyətlə yaxından tanımaq və əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını deyən İndoneziya Parlamentinin üzvləri Hj. Kartika Yudhishti və H.Hamdhani millət vəkilindən Qarabağ münaqişəsi, Xocalı Soyqırımı, azərbaycanlı məcburi köçkünlərlə bağlı daha geniş məlumatlar istəyib və fikir mübadiləsi aparılıb. İndoneziya Parlamentinin üzvləri Hj. Kartika Yudhishti və H.Hamdhani Azərbaycanı gəlməkdən böyük məmuniyyət duyacağını deyib və Azərbaycanla Parlamentlərarası əməkdaşlığın inkişafı üçün səylərin artıracaqlarını deyiblər.

Görüşün sonunda Qənirə Paşayeva onlara müəllifi olduğu kitabları, həmçinin həmmüəllifi olduğu “ Xocalı Soyqırım şahidlərin dilindən” kitabını və rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib. Bundan başqa Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı kitab və materiallar, musiqi albomları da İndoneziya Parlamentinin üzvləri Hj. Kartika Yudhishti və H.Hamdhaniyə hədiyyə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm