Qırmızı.az
General daha iki polisi işdən qovdu
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunandan bəri general Mirqafar Seyidovun kadr islahatları və tabeliyində olan qurumlarda sərt nizam-intizamın yaradılması üçün gördüyü tədbirlər davam edir. İndiyə qədər bu tədbirlər çərçivəsində xeyli sayda idarə rəisi işdən çıxarılıb, bəzilərinə töhmət verilib. Ən çox rezonans doğuran hadisə isə bir neçə gün əvvəl Bakı Şəhər Baş Polis İdarəsində 9 vəzifəli şəxsin işdən çıxarılması olmuşdu.
Axar.az xəbər verir ki, M.Seyidovun Azərbaycan hüquq-mühafizə sistemində nadir hallarda rast gəlinən təğyiri-libas olması və paytaxtdakı polis bölmələrinə gedərək oradakı nizam-intizamı yoxlaması da ictimai rezonans doğurub. Məhz Mirqafar Seyidovun bu addımından sonra idarə və bölmələrdə nizam-intizam artırılaraq, gücləndirilmiş iş rejimi tətbiq olunub.
M.Seyidovun apardığı tədbirlər çərçivəsində dünən daha iki polis işdən qovulub. Bu barədə məlumatı Aznews.az yayıb.
Belə ki, Nəsimi Rayon Polis İdarəsinin Yol Polisi Bölməsinin iki əməkdaşı - Rahib Quliyev və Sərhəd Rəsulov səhərə kimi xidmət aparmalı olduğu halda idarə etdikləri 10 YP 532 nömrəli avtomobili dayanacaqda saxlayaraq evlərinə gediblər.
Bu isə çox keçmədən Mirqafar Seyidovun gecə nəzarətçiləri tərəfindən aşkarlanaraq protokollaşdırılıb. General isə fakta dərhal reaksiya verib və səhlənkarlıq edən işçilər polis sıralarından qovulub.
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO