Möcüzə: iki yük maşını arasından sağ çıxdı – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Möcüzə: iki yük maşını arasından sağ çıxdı – FOTOLAR

Böyük Britaniyanın Esskes qraflığında yerləşən magistral yolda dəhşətli avtomobil qəzası baş verib.

Nəticədə, minik avtomobili iki yük maşını arasında sıxılıb qalıb. Minik avtomobili yük maşınının ardınca gedirmiş. Lakin arxadan gələn digər bir yük maşını sərnişin avtomobilinə çırpılaraq onu qarşıdakı maşına sıxıb.

Hadisə yerinə gələn xilasedicilər iki yük maşını arasında sıxılıb qalan avtomobildəki qadının sağ olduğunu gördükdə təəccübləniblər. Minik avtomobilinin sahibi olan qadın heç ciddi xəsarət almayıb.

Qadında yalnız sıyrıntı, cızıq və əzilmə yaraları olub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm