Özünü Noyerə oxşatmaq istədi, biabır oldu - VİDEO
Bizi izləyin

İdman

Özünü Noyerə oxşatmaq istədi, biabır oldu - VİDEO

Futbolda qəbul olunmuş bir ifadə var: qapıçı komandanın yarısıdı. Bunu “Bavariya”nın və Almaniya millisinin qolkiperi Manuel Noyerin timsalında görmək olar. Bu gün özünü ona oxşatmaq istəyənlər də az deyil. Amma hər driblinq etmək istəyən qapıçı Noyer ola bilməz.

Publika.az xəbər verir ki, Belçika çempionatının 20-ci turunda “Şarlerua” - “Lyers” matçında qonaqların qapıçısı Boban Baykoviç əməlli-başlı “şou” göstərib. Təsadüfi deyil ki, oyun meydan sahiblərinin böyükhesablı qələbəsiylə (6:0) nəticələnib.

Baykoviç əvvəllər də möhtəşəm “quş”lar buraxıb. “Srvena Zvezda”da oynayarkən onun qapıda yaratdığı “incəsənət nümunələri”ni serb azarkeşlər yaxşı xatırlayarlar.

“Lyers” isə hazırda Jupiler Liqanın sonuncu komandasıdı. 20 turdan sonra qapısında 41 top görən komanda bu göstəricidə Belçika çempionatının “lider”idi. Rəhbərlik isə hələ də qapını ona etibar edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm