Superliqada superməhsuldarlıq - 8 oyuna 33 qol - VİDEO
Bizi izləyin

İdman

Superliqada superməhsuldarlıq - 8 oyuna 33 qol - VİDEO

Türkiyə Superliqasında 14-cü turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, turun ilk oyununda "Fənər" "Ərciyəsspor"un qonağı olub. Oyunda qonaqlar çətinliklə qalib gəlib (1:0).

“Qalatasaray” da doğma meydanda “Mersin”in müqavimətiylə rastlaşıb. Hesabda geri düşən Hamza Hamzaoğlunun yetirmələri yüksək əzmkarlıq göstərərək fasilədən sonra oyunun ssenarisini dəyişə bilib.

"Beşiktaş" isə doğma meydanda "Akhisar"ı 3:1 hesabıyla məğlub edərək yenidən turnir cədvəlinin zirvəsinə qalxıb.

Ümumiyyətlə, bu tur məhsuldarlığıyla diqqət çəkir. Bu gün yekun vurulacaq 14-cü turun 8 qarşılaşmasında azarkeşlər 33 qol görüb.

Türkiyə Superliqası, 14-cü tur

19 dekabr

Ərciyəsspor - Fənərbaxça 0:1

Əmrə Belözoğlu, 86-p.

20 dekabr

Gənclərbirliyi - Konyaspor 5:0

Stanku, 44. Koçer, 62. Petroviç, 67. İrfan Kahveci, 75. Artun Akçakın, 90.

Sivasspor - Başakşəhər 0:2

Epuryanu, 36. Perbet, 85.

Əskişəhərspor - Karabükspor 1:1

Kausik, 62 - Kumbela, 69.

Qalatasaray - Mersin 3:2

Varol, 18-a/q. Burak Yılmaz, 55. Umut Bulut, 79 - Varol, 9. Mitroviç, 26-p.

21 dekabr

Balıkesirspor - Kasımpaşa 5:3

Ünal, 49. Çalık, 53. Yıldırım, 63. Öztürk, 78. Çelik, 95 - Skarione, 8. Torun, 54. Donk, 80.

Bursaspor - Trabzonspor 3:3

Fernandao, 24-p. Ozan Tufan, 29. Volkan Şen, 53 - Özer Hurmacı, 15. Yusuf Ərdoğan, 45. Mustafa Akbaş, 80.

Beşiktaş - Akhisar 3:1

Cenk Tosun, 24. Sosa, 68. Gölhan Töre, 94 - Bilal Kısa, 75.

“Rizəspor” - “Qaziantepspor” oyunu bu gün keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm