Makkeyn: “Rusiyanı Səudiyyə Ərəbistanı çökdürdü”
Bizi izləyin

Dünya

Makkeyn: “Rusiyanı Səudiyyə Ərəbistanı çökdürdü”

“Rusiya Federasiyasının iqtisadiyyatında yaranan problemlərə görə sanksiyalara deyil, Səudiyyə Ərəbistanına təşəkkür etmək lazımdır”.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə amerikalı senator Con Makkeyn CNN-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiyanın iqtisadiyyatına mənfi təsiri sanksiyalar deyil, neft qiymətlərinin düşməsi göstərib.

“Biz Səudiyyə Ərəbistanına təşəkkür etməliyik ki, neftin qiymətinin bu qədər düşməsinə icazə verdi. Rusiya iqtisadiyyatının hazırkı vəziyyətinin ABŞ prezidentinin hərəkətləri ilə heç bir bağlılığı yoxdur. ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar az effektli oldu”, - Makkeyn vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm