Suriya İsrailin kəşfiyyat təyyarəsini vurdu
Bizi izləyin

Dünya

Suriya İsrailin kəşfiyyat təyyarəsini vurdu

Suriya-İsrail sərhədində yerləşən Kuneytra bölgəsində İsrailə məxsus kəşfiyyat təyyarəsi vurulub.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Suriya rəsmi xəbər agentliyi SANA bildirib.

Xəbərə görə, İsrailin “"Skylark 1” tipli kəşfiyyat təyyarəsi Suriyanın hava hücumundan müdafiə batareyaları tərəfindən vurulub.

Agentlik yerə salınan təyyarənin görüntülərini yayımlayıb. İsrail tərəfi hadisə ilə bağlı hələ açıqlama verməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm