İdman
Komitə sədrinin başına kim külqabı vurmaq istədi? - Bu, bizi “çox istəyən”lərin uydurmasıdır”
Son zamanlar hakimlik yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Alman Salmanovla bağlı məsələ təzəcə səngimişdi ki, Xaqani Məmmədovla daha 3 hakimin arası dəyib.
Belə ki, AFFA Hakimlər Komitəsinin sədri ədalət təmsilçilərini ətrafına toplayaraq iclas keçirib. Amma Xaqani Məmmədovun bu istəyi başına bəla olub.
Mətbuatda yayılan məlumata görə, iclas zamanı bir neçə hakim - konkret olaraq Ramil Diniyev, Ramiz Məhərrəmov və Elman Musayev oyunlara təyinat almamaları ilə bağlı kəskin etirazını bildiriblər. Hətta onlardan biri Məmmədova qarşı daha sərt davranıb və ona “Mən niyə oyunlara təyinat almıram, mənə bax, külqabını çırparam təpənə”.
Məsələni dəqiqləşdirmək üçün Hakimlər Komitəsinin sədri ilə əlaqə saxladıq. Publika.az-a danışan X.Məmmədov bildirdi ki, heç bir hakimin oyuna təyinat almamasına etiraz etməyə haqqı yoxdur:
“Bu, komitədaxili məsələdir. Heç kimə hesabat verməli deyilik. Hakimlər oyuna təyinat almaması ilə bağlı etiraz edə bilməzlər. Deməli, nə isə cəzası var ki, növbəti oyunlara təyinat almayıb”.
Xaqani Məmmədov Elman Musayevin külqabını onun başına çırpmaq istəməsinə belə münasibət bildirdi:
“Bu, tamamilə yanlış məlumatdır. Aramızda elə bir hadisə olmayıb. Bu, bizi “çox istəyən” bəzi jurnalistlərin uydurmasıdır”.
Aygün İlqarqızı
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...