Gülən qaytarılacaqmı? - Növbə ABŞ-ındır
Bizi izləyin

Dünya

Gülən qaytarılacaqmı? - Növbə ABŞ-ındır

Türkiyənin ABŞ-da yaşayan dini lider Fəthullah Gülənin həbsi ilə bağlı qərar verməsindən sonra gözlər Vaşinqtona çevrilib. ABŞ Güləni qaytaracaqmı?

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Ankara ABŞ-ın son zamanlar istədiyi və “qırmızı bülleten”lə axtardığı bir neçə şəxsi qaytarıb.

Cinayətkarların esktradisiyası haqqında ABŞ və Türkiyə arasındakı müqavilədə xüsusi bir müddəa var. Həmin müddəaya görə, cinayətkarın qarşı tərəfə verilməsi üçün onun əməli hər iki ölkədə cinayət hesab olunmalıdır. Lakin bu müddəaya baxmayaraq, Türkiyə son dövrlərdə ABŞ-da fərqli cinayətlərdə ittiham olunan, həm də müxtəlif ölkələrin vətəndaşlarını bu ölkəyə verib.

Türkiyənin son 5 ildə ABŞ-a verdiyi cinayətkarların başında adı “Mortgage” maliyyə qalmaqalında hallanan qadın aktyor gəlir. Virciniya ştatının sakini olan gənc qadın Diane Frederik Atari ölkəsində 50 milyon dollarlıq kredit fırıldaqçılığına görə axtarılırdı. ABŞ-da əmlak şirkəti olan Atari 18 fevral 2011-ci ildə ABŞ-a qaytarılıb.

Türkiyənin ABŞ-a verdiyi şəxslər arasında digər ölkələrin vətəndaşları da var. Türkiyənin 2009-cu ildə ABŞ-a verdiyi İordaniya vətəndaşı Fahed Kutkut adam öldürməkdə və külli miqdarda oğurluqda ittiham olunurdu. 2009-cu ildə ABŞ-a verilən Ukrayna vətəndaşı Yuri Zinçenko isə insan alverində ittiham olunurdu. ABŞ-a verilən digər bir şəxs İraqda Amerika əsgərlərinin ölümündə ittiham olunan suriyalı Əhməd İbrahim əl-Əhməd olub.

ABŞ-ın terror cinayətlərində ittiham edərək axtardığı Əhməd Deninin verilməsi ilə bağlı danışıqlar isə davam edir. Somali mənşəli Deni bu ilin mart ayında Türkiyədə saxlanılıb. O, hazırda İstanbuldakı həbsxanalardan birində saxlanılır. Hansı həbsxanada olduğu isə təhlükəsizlik səbəbi ilə açıqlanmır.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabr ayında ABŞ-da Barak Obama ilə görüşündə Pensilvaniyaya sığınan Gülənin Türkiyəyə verilməsini istəyib. “Obamaya dedik ki, sizin bizdən istədiyiniz terrorçuları biz sizə verdiyimiz kimi, siz də bizim təhlükəsizliyimizi təhdid edən adamı ölkədən çıxarın”- Ərdoğan ABŞ-ın Xarici Işlər Şurasındakı çıxışında bildirib.

Lakin Türkiyənin bu istiqamətdə dəfələrlə etdiyi cəhdlər ABŞ tərəfindən rədd edilib. Vaşinqton cinayətkarların ekstradisiyası ilə bağlı müqaviləni əsas gətirərək Gülənin ABŞ-da cinayətkar hesab olunmadığını qeyd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm