Pulumuzu nəyə və necə xərcləyirik?
Bizi izləyin

Digər

Pulumuzu nəyə və necə xərcləyirik?

Yanvar-noyabr aylarında pərakəndə əmtəə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz artaraq 19,2 milyard manata bərabər olub.

Publika.az xəbər verir ki, hesabat dövründə hər bir istehlakçı orta hesabla ayda 252,3 manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,5 manat çox əmtəə alıb, pullu xidmətlərdən istifadə edib. Eyni zamanda, hər bir istehlakçı orta hesabla ayda 185,9 manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,4 manat çox əmtəə alıb. Bu artımın 64,9 faizi və ya 11,3 manatı hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların ticarət subyektlərində yaranıb.

Hər bir istehlakçı fərdi istehlak məqsədi ilə pərakəndə ticarət müəssisələrində orta hesabla ayda 93,1 manatlıq qida məhsulu, içkilər və tütün məmulatları, 92,8 manatlıq qeyri-ərzaq malları alıb. 2013-cü ilin eyni dövrünün müvafiq göstəricisi ilə müqayisədə istehlakçılar tərəfindən qeyri-ərzaq mallarının alınmasına 14,3 manat daha çox vəsait xərcləndiyi halda, qida məhsulları, içkilər və tütün məmulatları üzrə bu məbləğ 3,1 manata bərabər olub.

Beləliklə, 11 ayda istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,1 faizi qida məhsulları, içkilər və tütün məmulatlarının, 21,0 faizi toxuculuq malları, geyim və ayaqqabıların, 4,7 faizi elektrik malları və mebelin, 0,6 faizi kompyuterlər, telekommunikasiya avadanlıqları və digər məmulatların, 1,3 faizi əczaçılıq və tibbi malların, 8 faizi avtomobil yanacağının, 14,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm