Kişi müğənnidən şok etiraf: “Toy gecəsi gəlini şillələdim ki...”
Bizi izləyin

Tabloid.az

Kişi müğənnidən şok etiraf: “Toy gecəsi gəlini şillələdim ki...”

Müğənni Yusif Mustafayev maraqlı açıqlaması ilə hər kəsi təəccübləndirib.

Publika.az-ın məlumatına görə, müğənni ANS-in “Bazar səhəri Rövşanə ilə” verilişində həyat yoldaşının hərf tanımadığını deyib:

“Xanımım nə hərf tanıyır, nə də pul. Altı-yeddi sinif bitirib. İndinin özündə də pul saya bilmir. Mənə belə yaxşıdır. Savadlı arvad başımı ağrıdar. Savadlı olub neyləyəcək, indən belə professor olmayacaq, dissertasiya müdafiə etməyəcək. Evdar xanımdır, otursun evdə, yeməyimi bişirsin, nəvələrinə baxsın, nəyinə lazımdır savad?”

Sənətçinin digər açıqlaması da hər kəsi təəccübləndirib. Dediyinə görə, elə toy gecəsində xanımına bir şillə vurub ki, gözü qorxsun: “Bu, el adətidir, bizim kənddə hamı belə edir, nəsillikcə təzə gəlinə şillə vururuq. Mən də toy gecəsi gəlinə bir şillə çəkdim. O şillə gəlini hörmətli edir və gözü qorxur. Özü də gərək qəfildən vurasan, gəlin bilməyə. Qabaqcadan bilsə, qorxmaz. Həm də gəlinə şillə vursan, xasiyyətini götürəcək və sözünün qabağına söz deməyəcək”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm