Rusiya taxıl ixracına məhdudiyyət qoyur
Bizi izləyin

Digər

Rusiya taxıl ixracına məhdudiyyət qoyur

Rusiya hökuməti taxıl ixracına müvəqqəti inzibati məhdudiyyət tətdiq etdi.

Publika.az xəbər verir ki, bunu Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev bildirib. Məlum olub ki, nazirlik fermerlərdən “Qosfond”a taxıl alışının qiymətini qaldırıb. Artıq üçüncü sort buğda 6,5 min rubl deyil, 10 min rubl təşkil edir.

Nəzərə çatdıraq ki, Çikaqo birjasında 18 dekabrda üçüncü sort taxılın tonu 265 dollar təşkil edib. İxrac və daxili qiyməti arasındakı cari məzənnə fərqi 6 min rubldur- 60% . Ölkədəki devalvasiya ixracı artırıb. Məsələn, 2014-cü ilin 10 dekbrına olan məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 33% - 18,96 milyon ton artıb. Paralel olaraq daxili bazarda taxıl təchizatının azalması qiymətlərin artımın stimullaşdırır.

Onu da bildirək ki, Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi Misir, Türkiyə, Hindistan və Ermənistan istisna olmaqla bütün istiqamətlərə ixrac sertifikatları verməyi dayandırıb. Bu arada qeyd edək ki, siyahıdakı ilk iki ölkə Rusiya taxılının ən böyük alıcılarıdır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm