Məşhur rejissorun ad günüdür – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Məşhur rejissorun ad günüdür – FOTOLAR

Bu gün milli kinomuzun bənzərsiz rejissoru Həsən Seyidbəylinin ad günüdür. Həsən Seyidbəyli milli kinomuza “Nəsimi”, “Telefonçu qız”, “Bizim Cəbiş müəllim” kimi incilər bəxş edib.

Publika.az-ın məlumatına görə, Həsən Seyidbəyli 22 dekabr 1920-ci ildə Bakıda anadan olub. 1938-1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda, 1943-1951-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil alıb. “Azərbaycanfilm” kinostudiyasında kinorejissor, 1963-1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləyib. “İmtahan”, “Qızıl axtaranlar”, “Bağlı qapılar” adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulub. “Kür sahillərində” (1953), “Bizim Astrada” (1956), “Telefonçu qız” (1960) povestləri, “Cəbhədən-cəbhəyə” (1961), “İllər keçir” (1973, İ.Qasımovla birgə), “Tərsanə” (1975), "Çiçək" (1978) romanları, “Dəniz cəsurları sevir” (1954), “Sən nə üçün yaşayırsan” pyesləri milli-mənəvi-əxlaqi dəyərlərdən bəhs edir. “Uzaq sahillərdə” ( İ.Qasımovla birgə) romanı Sovet İttifaqı Qəhrəmanı M.Hüseynzadəyə həsr olunub. Əsərləri bir sıra xarici dillərə tərcümə edilib.

Həsən Seyidbəyli ictimai xadim kimi də Azərbaycan kinosunun inkişafına böyük təkan verib, 1963-1975-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə heyətinin I katibi, 1975-1980-ci illərdə sədri vəzifəsində çalışıb.

Filmləri Ümumittifaq Kino festivallarında mükafat və diplomlara layiq görülüb. Azərbaycanın xalq artistidir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm