Nazir meşə yanğınlarının səbəblərindən danışdı
Bizi izləyin

Qırmızı.az

Nazir meşə yanğınlarının səbəblərindən danışdı

“Meşə yanğınları bu il havanın quraqlıq keçməsi ilə bağlıdır. Ümumiyətlə, bu il böyük yanğınlar olmadı. Ucqar, əlçatmaz yerlərdə meşə ərazisindəki kol-koslar yandı. Təbii ki FHN-lə bərabər yanğınların qarşısını aldıq”.

Publika.az xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında deyib. Nazir qeyd edib ki, elə yanğınlar oldu ki, iki gün davam etsə də, böyük fəlakətlərə səbəb olmayıb.

“Meşə yanğınların əsas səbəbi insanlardır. Onlar istirahət edən zaman hər hansı kol yanıq qalır və nəticədə yanğın baş verir. Bu baxımdan biz öz fəaliyyətimizi qurmuşuq. Yanğınlar həm də dairəvi ildırım çaxması zamanı baş verir və bir neçə ağacın budaqları birləşərək yanğına səbəb olur. Bundan başqa, digər təbiət hadisələri zamanı da yanğın baş verə bilir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm