On günlük müharibənin itkisi: 752 hərbçi, 59 texnika
Bizi izləyin

Dünya

On günlük müharibənin itkisi: 752 hərbçi, 59 texnika

Ukrayna ordusu hücum əməliyyatlarının başladığı yanvarın 12-dən 752 hərbçisini itirib.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Donetsk Xalq Respublikası” separatçı qurumun hərbi qüvvələrinin komandir müavini Eduard Basurin bildirib.

O həmçinin qeyd edib ki, zirehli avtomobil, BMP və tank olmaqla rəqibin hərbi texnikasının 59 vahidi məhv edilib.

Bu arada isə Ukrayna Müdafiə Nazirliyi separatçılara ağır zərbə vurulduğu barədə məlumat yayıb.

Ukrayna Silahlı Qüvvələri separatçıların batalyonunu məhv edib. Belə ki, 50 terrorçu öldürülüb, 5 nəfər əsir götürülüb, 2 PDP, 4 tank, hərbi maşın və silah-sursat ələ keçirilib.

Ukrayna Daxili İşlər Nazirliyi də açıqlamasında bir uşaq bağçasına mərmi düşdüyünü, xəsarət alanların olmadığını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm